Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək.

"Report"un məlumatına görə, yığma Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə Monqolustan və Niderland kollektivləri ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq 11:55 və 13:45-də başlanacaq.

Millimiz ötən gün B qrupunda Çilini məğlub edib - 17:14.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.