Birxeber.az / Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

13-04-2024, 09:40

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək.

"Report"un məlumatına görə, yığma Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə Monqolustan və Niderland kollektivləri ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq 11:55 və 13:45-də başlanacaq.

Millimiz ötən gün B qrupunda Çilini məğlub edib - 17:14.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Geri qayıt