Azərbaycan və Moldova arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Azərbaycan və Moldova arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Moldovanın Baş nazirinin müavini Vladimir Bolea Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevi qəbul edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə səfir "X" səhifəsində paylaşım edib.

Tərəflər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, kənd təsərrüfatı sahəsində əlaqələrin intensivləşdirilməsinə sadiq olduqlarını vurğulayıblar.