Nizami rayonunda motosikletçini avtomobil vurub 

Nizami rayonunda motosikletçini avtomobil vurub 

Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1990-cı il təvəllüdlü Məmmədov İlyas Vidadi oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.