Sakaryada ailədaxili silahlı davada 3 nəfər ölüb

Sakaryada ailədaxili silahlı davada 3 nəfər ölüb

Türkiyənin Sakarya şəhərinin Xəndək rayonunda ailədaxili silahlı davada üç nəfər ölüb, bir nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Mövlud Çəlik adlı şəxs ailədaxili davada silaha əl ataraq ata və ögey anasını qətlə yetirib. Olaydan xəbər tutmuş qardaşı Səlcuq Çəlik evin həyətində qarşılaşdığı qardaşı ilə dalaşmağa başlayıb. Dava zamanı Mövlud Çəlik silahla çiynindən vurduğu qardaşı tərəfindən kəsici alətlə öldürülüb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı Səlcuq Çəlik xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.