Suraxanıda 21 yaşlı motosikletçini avtomobil vurub

Suraxanıda 21 yaşlı motosikletçini avtomobil vurub

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Yeni Günəşli qəsəbəsində 2003-cü il təvəllüdlü Kərimov Məhəmməd Ömər oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.