Azərbaycan və Macarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Azərbaycan və Macarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub.

"Birxeber.Az" xəbər verir ki, görüşdə çıxış edən Macarıstan Prezidenti Katalin Novak deyib:

- Bir daha, xoş gəlmisiniz. Nümayəndə heyətləri üzrxahlığı qəbul etsin, çünki görüş gözləniləndən çox çəkdi. Müzakirə edəcəyimiz məsələlər o qədər çox idi ki, hətta bu vaxtdan da artıq çəkə bilərdi. Lakin ümid edirik ki, gələn dəfə təkbətək görüş üçün daha çox vaxt ayrılacaq.

Gəldiyinizə görə hamınıza minnətdarıq. Macarıstana rəsmi səfərinizdən şəxsən şərəf hissi duyuram. Bilirəm ki, dünən artıq yaxşı proqramınız olub. Ümid edirəm ki, icra hakimiyyətinin rəhbəri, Baş nazirlə keçiriləcək görüşlə səfəriniz yaxşı davam edəcək. Mən isə dövlət başçısı olaraq dövləti təmsil edirəm.

Artıq qeyd etdiyim kimi, Siz nümayəndə heyətinin üzvləri ilə sarayın qarşısındakı meydanda qarşılanma zamanı tanış oldunuz. Lakin bizim yeni energetika nazirini hələ görməmisiniz. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ən mühüm məsələlərdən biridir.

Əfsuslar olsun ki, sizdən fərqli olaraq, bizim bəxtimiz o qədər gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır. Çünki bildiyimiz kimi, hazırda biz Rusiyanın neft və qazından asılıyıq. Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik. Bir sözlə, cənab Prezident, səfərinizə görə bir daha minnətdarıq.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

- Təşəkkür edirəm, xanım Prezident. Dəvətə görə minnətdaram. Gözəl ölkənizə rəsmi səfərdə olmaqdan böyük şərəf hissi duyuram. Fürsətdən istifadə edərək, mən Sizə uyğun olan vaxtda sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istərdim və beləcə, biz dialoqumuzu davam etdirə bilərik.

Macarıstanda yenidən olmaqdan məmnunam. Qeyd etdiyiniz kimi, dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda, müzakirələrlə dolu görüşümüz oldu. Bu gün biz söhbəti davam edəcəyik.

Nümayəndə heyətinin bütün üzvləri mənim göstərişlərimi alıblar ki, ikitərəfli gündəlikdə duran mühüm məsələlərin həlli üçün öz həmkarları ilə daim əlaqədə olsunlar. Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir.

Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edilib. Macarıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulanıb. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı qeyd olunub.

Ölkələrimizin ailə dəyərləri mövzusunda əməkdaşlığı barədə danışılıb, bu xüsusda beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda və Macarıstanda ailə dəyərlərinə böyük diqqətin göstərildiyi bildirilib.

Söhbət zamanı tələbə mübadiləsinin, Macarıstan tərəfindən azərbaycanlı tələbələrə təhsil təqaüdlərin ayrılmasının iki ölkənin gənclər sahəsində əməkdaşlığına töhfə verdiyi diqqətə çatdırılıb.

Görüşdə həmçinin minaların təmizlənməsi sahəsində əməkdaşlığa da toxunulub.

15:08

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Xarici siyasət Xarici siyasət
TDT-nin baş katibi Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

TDT-nin baş katibi Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
İlham Əliyev İtaliyanın Azərbaycandakı səfirliyində olub, Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib

İlham Əliyev İtaliyanın Azərbaycandakı səfirliyində olub, Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi üçün 7,6 milyon dollar vəsait ayırıb - SƏRƏNCAM

Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi üçün 7,6 milyon dollar vəsait ayırıb - SƏRƏNCAM

Xarici siyasət Xarici siyasət
Lavrov: "Azərbaycanla Rusiyanın iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır"

Lavrov: "Azərbaycanla Rusiyanın iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Xarici işlər naziri: “Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

Xarici işlər naziri: “Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

Xarici siyasət Xarici siyasət
Rəsmi Bakı: “Azərbaycanın ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulmalıdır”

Rəsmi Bakı: “Azərbaycanın ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulmalıdır”

Xarici siyasət Xarici siyasət
Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş başlayıb

Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş başlayıb

Xarici siyasət Xarici siyasət
Bakıda Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub

Bakıda Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub

Xarici siyasət Xarici siyasət
“İranın həm daxili, həm də xarici siyasəti riyakarlıq üzərində qurulub” - RƏY

“İranın həm daxili, həm də xarici siyasəti riyakarlıq üzərində qurulub” - RƏY

Xarici siyasət Xarici siyasət
Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir

Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir

Xarici siyasət Xarici siyasət
“Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzvlüyü müzakirə mövzusu deyil” - RƏY

“Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzvlüyü müzakirə mövzusu deyil” - RƏY