İmişlidə yol istismar idarəsinin müdiri göldə boğulub - YENİLƏNİB

İmişlidə yol istismar idarəsinin müdiri göldə boğulub - YENİLƏNİB

İmişlidə yol istismar idarəsinin müdiri göldə boğulub.

APA-nın məlumatına görə, İmişli şəhər sakini, 1994-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu göldə qayığın aşması nəticəsində boğulub.

Qeyd edək ki, E.Astanov İmişli yol istismar idarəsinin müdiridi.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 19:52

İmişlidə 29 yaşlı kişi göldə boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhər sakini, 1994-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.