"Sənan Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

"Sənan Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Sənan Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

"Birxeber.Az" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 40-dən 39-a düşüb.

Xatırladaq ki, "Sənan Kredit İttifaqı" 2010-cu ildə, Lənkəran rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır.