Netanyahu Rəfahda əməliyyatlar başlanılacağını deyib

Netanyahu Rəfahda əməliyyatlar başlanılacağını deyib

İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkmir.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O əməliyyatın başlama tarixinin müəyyənləşmədiyini bildirib.

"Bu gün mən Qahirədə aparılan danışıqlarla bağlı ətraflı hesabat aldım. Biz ilk növbədə bütün girovlarımızı azad etmək və HAMAS üzərində tam qələbəyə nail olmağa çalışırıq. Bu qələbə üçün Rəfəha daxil olmaq və oradakı terrorçu batalyonları məhv etmək lazımdır. Bu baş verəcək. Bəlli bir bir tarix mövcuddur" , deyə bildirilib.