Azad edilmiş ərazilərdə daha 57 mina, 718 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 57 mina, 718 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (01.04.2024 - 07.04.2024) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 47 piyada əleyhinə mina, 10 tank əleyhinə mina, 718 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1576 hektar ərazi mina və PHS-lərdən təmizlənib.