ÜST Azərbaycanda Dayanıqlı İnkişaf üzrə 2024-cü il üçün prioritetlərini açıqlayıb

ÜST Azərbaycanda Dayanıqlı İnkişaf üzrə 2024-cü il üçün prioritetlərini açıqlayıb

ÜST Azərbaycanda Dayanıqlı İnkişaf üzrə 2024-cü il üçün prioritetlərini açıqlayıb.

APA xəbər verir ki, bununla bağlı “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə infeksiyaların qarşısının alınması və nəzarət sistemləri, peyvənd, fövqəladə hallar, ilkin səhiyyə xidmətinin və əsas səhiyyə xidmətlərinin, qida təhlükəsizliyinin gücləndirilməsi nəzərdə tutulub.

"Eyni zamanda, partlayıcı sursat riskinin tədrisi də daxil olmaqla minalarla mübarizədə bacarıqların yaradılması, inklüziv əlçatanlığı və yüksək keyfiyyətli məktəbəqədər və əsas təhsili təmin etmək üçün milli təhsil sisteminin, peşə təhsili potensialının gücləndirilməsi prioritet olaraq götürülüb", - deyə o qeyd edib.

O çıxışı zamanı 2023-cü ilin nəticələrini də açıqlayıb:

"2023-cü ildə 5,696 km2 (456 kənd) minalarla çirklənmə üçün tədqiq edilib. Qadın minaaxtanlardan ibarət iki komanda yaradılıb. Münaqişənin təsirinə məruz qalmış 6 rayonda 55 min 337 məcburi köçkünlə (38%-i qadın) minalarla bağlı maarifləndirmə işi aparılıb. Əhalinin məlumatlandırılması üçün 275 mina riski ilə bağlı məlumat lövhəsi quraşdırılıb. Bakıda və 11 rayonda 8919 nəfər (4580 qadın) hüquqi yardımdan istifadə edib".