Nazirlik: Mikro, kiçik və orta sahibkarlığın ÜDM-də çəkisi 2025-ci ilədək 35%-ə çatdırılacaq

Nazirlik: Mikro, kiçik və orta sahibkarlığın ÜDM-də çəkisi 2025-ci ilədək 35%-ə çatdırılacaq

Mikro, kiçik və orta sahibkarlığın ÜDM-də payının 2025-ci ilədək 35%-ə çatdırılması hədəflənib.

Birxeber.Az-Economics” xəbər verir ki, bunu “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında çıxışı zamanı İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, 2022-ci il üzrə bu rəqəm 17-18% civarında olub.

Hüseyn Hüseynov mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün təqdim edilən layihələrin balansı şəkildə icra edilməli olduğunu qeyd edib: “Yəni, BMT layihələri təkcə paytaxtı deyil regionları da əhatə etməlidir. Regional səviyyədə icra edilməlidir. Burada xüsusilə də diqqət Qarabağ və Şərqi Zəngəzura yönəldirilməlidir.
Reinteqrasiya prosesini nəzərə alaraq işğaldan azad edilmiş ərazilərdə inklüziv artımın təmin edilməsi, sosial institutların gücləndirilməsi, əhalinin təminat və səhiyyə xidmətlərinə çıxışının artırılması kimi layihələr növbəti mərhələdə daha çox dəstəklənəcək”.