Azərbaycanla BMqT arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla BMqT arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 26-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Giorqyev ilə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə "Birxeber.Az"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib. Qonağa işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurun ən abad guşələrdən birinə çevrilməsi, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Görüşdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və onun tədbirlər planına uyğun olaraq Dövlət Komitəsinin qarşısında duran vəzifələrin icrası məsələləri haqqında ətraflı söhbət aparılıb. Komitənin doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər gördüyü, əhali arasında məlumatlandırma, təbliğat işləri apardığı, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olduğu diqqətə çatdırılıb. Həmçinin BMqT-nin ilə qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərində iştirakı, bu sahədə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Vladimir Giorqiyev məcburi köçkünlərə dəstək layihələrinin icra edilməsinin mənəvi borc məsələsi olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xarici siyasət Xarici siyasət
İsveçrə səfiri: “Özümlə Bakı ilə bağlı gözəl xatirələr aparıram”

İsveçrə səfiri: “Özümlə Bakı ilə bağlı gözəl xatirələr aparıram”

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Qazaxıstanın keçmiş xarici işlər naziri ilə telefonla danışıb

Ceyhun Bayramov Qazaxıstanın keçmiş xarici işlər naziri ilə telefonla danışıb

Xarici siyasət Xarici siyasət
TDT Baş katibi Azərbaycanı təbrik edib

TDT Baş katibi Azərbaycanı təbrik edib

Xarici siyasət Xarici siyasət
Mikayıl Cabbarov: “Azərbaycan İsrail ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir”

Mikayıl Cabbarov: “Azərbaycan İsrail ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb

Xarici siyasət Xarici siyasət
Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Xarici siyasət Xarici siyasət
XİN: "Zəlzələ bölgəsindən 395 nəfər Azərbaycana yola salınıb, onlardan 183-ü ölkəyə çatıb"

XİN: "Zəlzələ bölgəsindən 395 nəfər Azərbaycana yola salınıb, onlardan 183-ü ölkəyə çatıb"

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov FAO-nun baş direktoru ilə görüşüb

Ceyhun Bayramov FAO-nun baş direktoru ilə görüşüb

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edir - CANLI

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edir - CANLI

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti: "Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var"

Azərbaycan Prezidenti: "Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var"

Xarici siyasət Xarici siyasət
Komitə sədri: "Kamal Kılıçdaroğlunun Azərbaycandan yan keçən layihəsi baş tuta bilməz"

Komitə sədri: "Kamal Kılıçdaroğlunun Azərbaycandan yan keçən layihəsi baş tuta bilməz"

Xarici siyasət Xarici siyasət
Azərbaycanın xilasediciləri dağıntılar altından azyaşlı və kişi meyitini çıxarıb 

Azərbaycanın xilasediciləri dağıntılar altından azyaşlı və kişi meyitini çıxarıb