İsrail Livana hücum edib, Hizbullahın komandirlərindən biri öldürülüb

İsrail Livana hücum edib, Hizbullahın komandirlərindən biri öldürülüb

Ötən gecə İsrail hərbi aviasiyasının Livana aviazərbələri nəticəsində Hizbullah terror təşkilatının yüksək rütbəli komandiri öldürülüb.

APA-nın “Times of Israel”ə istinadən xəbərinə görə, “TSAXAL” məlumatı təsdiqləyib.

Bildirilib ki, adı açıqlanmayan bu şəxs təşkilatın Livandakı “Əl-Rədvan” qruplaşmasına rəhbərlik edib. Xəbərdə həmçinin onunla birlikdə daha iki səhra komandirinin zərərsizləşdirildiyi bildirilib.

Sutka ərzində baş verən döyüşlərdə digər terrorçu qrupların 53 üzvü daxil olmaqla, 60 nəfərə yaxın dinc sakin, eləcə də Livan ordusunun bir əsgəri də həlak olub.

Ölənlərdən üçünün media nümayəndəsi olduğu bildirilir.

Fərid Azəri

Fərid Azəri