Goranboyda qadın qətlə yetirilib, oğlu şübhəli bilinir - YENİLƏNİB

Goranboyda qadın qətlə yetirilib, oğlu şübhəli bilinir - YENİLƏNİB

Goranboyda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, Alidə Kazımova ilə onun övladı 2005-ci il təvəllüdlü Şahin Əmrahovla aralarında mübahisə olub.

Mübahisədən sonra Ş.Əmrahov anasını bıçaqla qətlə yetirib.

Məlumata görə, ana ilə övladının arasında əvvəllərdə mübahisələr olub.

Qeyd edək ki qətlə yetirilən Alidə Kazımovanın 2 qızı 2 oğlu olub. Qadının həyat yoldaşı isə bir neçə il bundan əvvəl avto qəzada dünyasını dəyişib

***

19:09

Goranboyda qətl hadisə baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən A.Kazımavonın oğlu 2005-ci il təvəllüdlü Şahin Əmrahov polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.