Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb

Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb

Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Apasport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.

74 kq çəkidə çıxış edən güləşçi Fransa paytaxtına vəsiqəni Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində əldə edib. Tobias Portmannı (İsveçrə) 10:0, Zurab Kaprayevi (Rumıniya) 5:1 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinalda Frank Çamizo Markezi (İtaliya) üstələyib – 8:8. Bu qələbə Bayramova dördilliyin ən mötəbər multiidman yarışında iştirak hüququ verib.