Xocalı şəhidinin bacısı: Ermənilər ev-eşiyimizi yandırdılar, çıxmadıq

Xocalı şəhidinin bacısı: Ermənilər ev-eşiyimizi yandırdılar, çıxmadıq

Ermənilər ev-eşiyimizi yandırdılar, çıxmadıq.

"Report" xəbər verir ki, bunu Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan və bu gün Bakıda dəfn olunan Vaqif Məhərrəmovun bacısı Sevda Xanlarova deyib.

O, 1988-ci ildə Xankəndidə yaşadıqlarını bildirib: "Ermənilər ev-eşiyimizi yandırdılar, çıxmadıq, ancaq daha sonra Xocalıya getdik. Qardaşlarım çox əziyyət çəkdilər, torpaqlarımızı müdafiə etmək üçün orduya yazıldılar".

S.Xanlarova 1992-ci fevralın 26-dan sonra Vaqif və həyat yoldaşından xəbər ala bilmədiklərini söyləyib: "Onların Xocalı soyqırımı zamanı şəhid olduqlarını anladıq. Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb. Hamısına öz övladımız kimi baxmışıq, böyütmüşük. İndi isə övladları ilə birlikdə onların qalıqlarını dəfn edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".