Bakıda nöqsan aşkarlanan binada pilləkən qəfəsi inşa olunub - VİDEO

Bakıda nöqsan aşkarlanan binada pilləkən qəfəsi inşa olunub - VİDEO

Bir müddət əvvəl bəzi media subyektlərində “Pilot Rezidence” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Mstislav Rostropoviç küçəsi, 5 ünvanında inşa etdiyi onbirmərtəbəli, mansardalı çoxmənzilli yaşayış binasının üçüncü girişindəki pilləkən qəfəsinin birinci mərtəbədəki hissəsinin olmaması barədə məlumat yayılmışdı.

Nazirliyin Mətbuat xidmətinin yaydığı xəbərə görə, məlumatla əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən dərhal göstərilən ünvana baxış keçirilib. Həqiqətən də “Pilot Rezidence” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Mstislav Rostropoviç küçəsi, 5 ünvanında inşa etdiyi onbirmərtəbəli yaşayış binasının üçüncü girişindəki pilləkən qəfəsinin birinci mərtəbədəki hissəsinin layihədə sonradan edilmiş dəyişiklik əsasında olmadığı, bununla da sakinlərin gediş-gəlişi üçün çətinlik yarandığı müəyyən edilib.
Agentliyin əməkdaşlarının qanunvericiliyin tələblərinə uyğun həyata keçirdikləri tədbirlər sayəsində MTK tərəfindən pilləkən qəfəsi inşa olunaraq sakinlərin istifadəsinə verilib.