ISW: Rusiya Тu-95МС strateji bombardmançı təyyarələrinin 5%-ni itirib

ISW: Rusiya Тu-95МС strateji bombardmançı təyyarələrinin 5%-ni itirib

Ukraynanın Rusiya aerodromlarına təşkil etdiyi kütləvi PUA hücumları sonuncunun hava və raket zərbələri endirmək qabiliyyətini zəiflədir.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatında qeyd olunub.

Bildirilib ki, əgər Ukrayna PUA-larının Rusiyanın “Engels-2” aerodromundakı Тu-95МС strateji bombardmançılarından 3-nü sıradan çıxarmasına dair informasiya təsdiqlənərsə, bu, Rusiyanın malik olduğu həmin təyyarələrin 5%-ni itirməsi demək olacaq.

ISW-nin məlumatında o da vurğulanıb ki, Ukrayna buna qədər Rusiyanın sadəcə, ayrı-ayrı aviabazalarına PUA hücumları həyata keçirirdi. Dünən isə Ukraynanın Rusiyaya məxsus 3 aerodroma eyni vaxtda PUA hücumu gerçəkləşdirməsi onun bu sahədə imkanlarının genişləndiyini göstərir.