Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edib

Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edib

Türkiyə adi xarici pasportlara malik Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib.

“Report”un məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi hökumət nəşri “Resmi qazete”də dərc olunan fərmanında deyilir.

“Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğv edilməsi qərara alınıb”, - sənəddə deyilir.

Qərar “Əcnəbilər və beynəlxalq müdafiə haqqında” Qanun əsasında qəbul edilib. Qərar qəzetdə dərc edildiyi gündən qüvvəyə minib.