"Europol": Aİ üçün təhlükəli olan 821 cinayətkar qrup var

"Europol": Aİ üçün təhlükəli olan 821 cinayətkar qrup var

Avropa Polis Təşkilatı (“Europol”) Avropa İttifaqı (Aİ) üçün ciddi təhlükə yaradan 800-dən çox cinayətkar dəstə müəyyən edib.

"Report"un məlumatına görə, bu barədə qurumun hesabatında deyilir.

Bütün Avropol dövlətlərindən alınan məlumatlar qitə səviyyəsində təcavüzkarların hərəkətlərinin xəritələşdirilməsinə və təhlilinə imkan verib. Bu, insan, narkotik və silah alveri, vergi cinayətləri və çirkli pulların yuyulması daxil olmaqla, qeyri-qanuni fəaliyyətin bütün sahələrini əhatə edən ilk hesabatdır.

Ümumilikdə ekspertlər 112 müxtəlif millətdən olan 25 min insanın daxil olduğu 821 cinayətkar qruplaşmanı müəyyən ediblər. Onların təxminən yarısı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Xüsusilə, 113 qrup əsasən kokain, daha 44 qrup isə marixuana ticarəti ilə. Müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə 100-dən çox təşkilat məşğul olur.

Məlumata görə, onları müxtəlif səbəblər birgə fəaliyyətə sövq edir.