Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Birxeber.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Mercedes” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olan “Kia” markalı minik maşınına çırpılıb.

Nəticədə “Mercedes”in sürücüsü, Lerik sakini, 33 yaşlı Suvarov İlkin Elsevən oğlu və “Kia”da olan qadın sərnişin xəsarət alıb.

“Kia”nın sürücüsü, Bakı şəhər sakini, 48 yaşlı Quliyev Yasin Əli oğlu isə heç bir xəsarət almayıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.