Dağlıq ərazilərdə bitki örtüyünün paylanma faizi Azərbaycan üzrə nikbindir

Dağlıq ərazilərdə bitki örtüyünün paylanma faizi Azərbaycan üzrə nikbindir

Dağlıq ərazilərdə bitki örtüyünün paylanma faizi 90.4 faizdir ki, bu da Azərbaycan üçün kifayət qədər yaxşı göstəricidir.

APA-Economics” xəbər verir ki, bunu “Azərkosmos”un Coğrafi İnformasiyalar Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov “İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platformasının təqdimatı zamanı deyib.

O bildirib ki, dünya üzrə bu orta göstərici 76 faizdir.

Qeyd edək ki, bu gün climatereport.az platformasının təqdimat mərasimi keçirilib. climatereport.az saytı üzərindən Azərbaycanda iqlim dəyişikliyini izləmək üçün müxtəlif datalar, xəritələr əldə etmək mümkündür.