İstanbulda silahlı hücum olub, ölən var

İstanbulda silahlı hücum olub, ölən var

Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda baş vermiş silahlı hücumda bir nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, zərərçəkmiş avtomobilindən enərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Zərərçəkmiş hadisə yerində keçinib.

Ekspertiza qrupu ərazidə çoxlu mərmi gilizləri aşkar edib. Faktla bağlı araşdırma aparılır.