TƏBİB: Bakıda iki avtomobil toqquşması nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

TƏBİB: Bakıda iki avtomobil toqquşması nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə "Birxeber.Az"a TƏBİB-dən bildirilib.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

22:14

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Birxeber.Az" xəbər verir ki, qəza Heydər Əliyev prospekti, 5 saylı "ASAN xidmət" mərkəzinin qarşısında qeydə alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun "Koroğlu", stansiyası istiqamətlərində sıxlıq yaranıb.

Qəza nəticəsində iki nəfərin xəsarət aldığı deyilir. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.