Əfv Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 300-ü keçib

Əfv Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 300-ü keçib

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Birxeber.Az xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 300-ü keçib.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.