"2 Saylı Bakı Dəmir Yolu Poliklinikası" auditor seçir
"Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus "2 Saylı Bakı Dəmir Yolu Poliklinikası” MMC audit xidməti üçün kotirovka sorğusu elan edib.
“Birxeber.Az” xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini aprelin 18-nə qədər Poliklinikanın Bakı şəhəri, Binəqədi rayonu, Asəf Zeynallı küçəsi, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 18-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.