Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb.

"Birxeber.Az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, turnirin yarımfinal mərhələsində 7 qolun vurulması ilə mümkün olub.

"Qarabağ" səfərdə "Neftçi"ni (4:0), "Zirə" isə evdə "Qəbələ"ni (2:1) məğlub edib.

Daha çox qola 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.