Birxeber.az / Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb

4-04-2024, 11:40

Futbol üzrə Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb.

"Birxeber.Az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, turnirin yarımfinal mərhələsində 7 qolun vurulması ilə mümkün olub.

"Qarabağ" səfərdə "Neftçi"ni (4:0), "Zirə" isə evdə "Qəbələ"ni (2:1) məğlub edib.

Daha çox qola 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.

Geri qayıt