Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

Aprelin 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Xətai, Xəzər rayonlarında, Abşeron (II hissə), Füzuli, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Şəmkir, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Birxeber xəbər verir ki, bugünkü imtahanda 21 min 790 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 97 imtahan binası, 1660 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 97 ümumi imtahan rəhbəri, 266 imtahan rəhbəri, 2077 nəzarətçi-müəllim, 183 buraxılışı rejimi əməkdaşı (mühafizə), 97 bina nümayəndəsi cəlb edilib.

Birxeber
TƏHSİL TƏHSİL
Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək

Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək

TƏHSİL TƏHSİL
Bu gün II qrup üzrə qəbul imtahanı keçiriləcək

Bu gün II qrup üzrə qəbul imtahanı keçiriləcək

TƏHSİL TƏHSİL
Cəlilabadda məktəb qəzalı vəziyyətdədir, dağıla bilər -

Cəlilabadda məktəb qəzalı vəziyyətdədir, dağıla bilər -

TƏHSİL TƏHSİL
Paytaxt məktəbində şagird müəllimi döydü

Paytaxt məktəbində şagird müəllimi döydü

TƏHSİL TƏHSİL
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırma əmək haqqına təsir edə bilər

Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırma əmək haqqına təsir edə bilər

TƏHSİL TƏHSİL
Doktoranturaya qəbul imtahanında DƏYİŞİKLİK

Doktoranturaya qəbul imtahanında DƏYİŞİKLİK

TƏHSİL TƏHSİL
Azərbaycanda şagird dərs zamanı anidən

Azərbaycanda şagird dərs zamanı anidən

TƏHSİL TƏHSİL
Nazir Azərbaycanda tam yararlı olmayan məktəb binalarının sayı açıqladı

Nazir Azərbaycanda tam yararlı olmayan məktəb binalarının sayı açıqladı

TƏHSİL TƏHSİL
Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

TƏHSİL TƏHSİL
Növbəti buraxılış imtahanlarının vaxtı AÇIQLANDI

Növbəti buraxılış imtahanlarının vaxtı AÇIQLANDI

TƏHSİL TƏHSİL
Musiqi məktəblərinə işə qəbul imtahanını DİM keçirəcək

Musiqi məktəblərinə işə qəbul imtahanını DİM keçirəcək

TƏHSİL TƏHSİL
Prezident bu il Qarabağ və Şərqi Zəngəzurda tikintisi başa çatacaq məktəbləri

Prezident bu il Qarabağ və Şərqi Zəngəzurda tikintisi başa çatacaq məktəbləri