"Haber Global" Azərbaycanın Brüssel görüşünə etirazı barədə süjet yayımlayıb

"Haber Global" Azərbaycanın Brüssel görüşünə etirazı barədə süjet yayımlayıb

Türkiyənin "Haber Global" telekanalı Azərbaycanın 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransına etirazı barədə süjet yayımlayıb.

"Birxeber.Az" xəbər verir ki, süjetdə Ermənistanın Azərbaycanla sülh prosesinin irəli aparılması əvəzinə, Qərbin diktəsi ilə Cənubi Qafqazda yeni münaqişə yaratmaq cəhdləri barədə danışılır.

"Qərbin məqsədi Rusiyadan uzaqlaşan Ermənistanı nəzarət altına almaqdır. Bu isə hazırda bölgədə zəif dövlət olan Ermənistanın xeyrinə deyil. Çünki yeni münaqişə dövlətin parçalanmasına gətirib çıxaracaq", - reportajda vurğulanır.

Bildirilir ki, Ermənistanın ABŞ-yə sığınması İrəvan üçün məqsədəuyğun deyil. Çünki bu ilin noyabrında Ağ Ev öz yeni liderini seçəcək. Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə, Ermənistandan üz çevirəcəyi ehtimal olunur. Belə ki, Tramp administrasiyası Ukrayna müharibəsi, Çinlə münasibətlər və miqrasiya siyasətini ön plana çəkəcək.

Daha ətraflı “Haber Global”ın videomaterialında: