Ramazan bayramından sonrakı ilk dərs gününün tarixi açıqlanıb

Ramazan bayramından sonrakı ilk dərs gününün tarixi  açıqlanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Birxeber.Az-ya verilən məlumata görə, qeyd edilənləri nəzərə alaraq, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir.

6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.