Bakıda atmosferi çirkləndirən iaşə obyekti barədə protokol tərtib olunub

Bakıda atmosferi çirkləndirən iaşə obyekti barədə protokol tərtib olunub

Bakı şəhəri, Yasamal rayonu ərazisində, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda səyyar iaşə xidməti göstərən obyektdən havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı səyyar iaşə obyektinin istifadəçisi Orhan Rüstəmzadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.