AFFA VAR mərkəzində seminar keçirilib

AFFA VAR mərkəzində seminar keçirilib

Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində “Neftçi” klubunun Gənclər Liqasında çıxış edən komandası üçün Hakimlər Komitəsinin sədri Barış Şimşək tərəfindən seminar keçirilib.

"Report" xəbər verir ki, tədbirdə VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub və müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib.

Eyni zamanda, suallar cavablandırılıb.