Matviyenko: Qərb Kiyevi "Crocus işi"ndə məsuliyyətdən yayındırmağa çalışır

Matviyenko: Qərb Kiyevi "Crocus işi"ndə məsuliyyətdən yayındırmağa çalışır

“Qərbin Ukraynanı “Crocus City”dəki terror aktına görə məsuliyyətdən azad etmək cəhdləri baş tutmayacaq”.

APA-nın “İzvestiya” nəşrinə istinadən məlumatına görə, bu fikirləri Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib:

“İstintaqın nəticəsi barədə fikir söyləmək hələ tezdir, lakin ABŞ və digər Qərb dövlətlərinin ilk dəqiqələrdə verdiyi bəyanatlar göstərdi ki, Qərb Kiyevi məsuliyyətdən yayındırmağa çalışır. Rusiya bu tələskənliyin səbəblərini çox gözəl başa düşür. Bir daha bildirirəm ki, bu kimi addımlar araşdırmaların obyektivliyinə kölgə sala bilməyəcək”.

Fərid Azəri