Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb.

APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 2.63 ABŞ dolları və ya 2.9% artaraq 91,85 dollar təşkil edib. Qeyd edək ki, ötən gün "Azeri Light" 89,22 dollara ticarət edilmişdi.