Tayvanda 8 nəfər zəlzələ zamanı dağılmış binada qalıb

Tayvanda 8 nəfər zəlzələ zamanı dağılmış binada qalıb

Tayvanda baş verən zəlzələdən sonra səkkiz mərtəbəli yaşayış binası qismən uçub.

"Birxeber.Az" adanın Mərkəzi Xəbər Agentliyinə istinadən məlumatına görə, 8 nəfər içəridə qalıb.

Qeyd edilir ki, Hualyanda, Çjunşan və Çunçin küçələrinin kəsişməsindəki binanın birinci mərtəbəsi dağılıb, bina əyilib, lakin dağılmayıb. Hadisə yerinə gələn xilasedicilər yanğın nərdivanlarından istifadə edərək sakinləri pəncərələrdən çıxarıblar.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.