Nepal aviaşirkəti sabaha planlaşdırılan reysləri ləğv edib
Nepalın "Yeti Airlines" aviaşirkəti yanvarın 16-a planlaşdırılan bütün reysləri ləğv edib.
"Birxeber.Az" xəbər verir ki, bu barədə aviaşirkət tviter səhifəsində məlumat yayıb.
“Yeti" Hava Yollarına məxsus ATR 72-500 reysinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə bağlı bütün reyslər ləğv edilir”, - aviaşirkətin açıqlamasında deyilir.
Qeyd edək ki, yanvarın 15-də qəzaya uğrayan təyyarənin göyərtəsində olan 4 ekipaj üzvü də daxil olmaqla 72 nəfərin hamısı həlak olub.