AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin olunub

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru dosent Hüseyn Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə APA-ya AMEA-dan xəbər verilib.

Qeyd edək ki, Hüseyn Hüseynov 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 2018-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 2022-ci ildən həmin şöbənin müdiri vəzifəsində çalışıb.

Texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov 9 apreldə texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edəcək.