Ən baxımlı idman yarışlarını "Setanta Sports"la Ailə TV-də izləmək mümkündür

Ən baxımlı idman yarışlarını "Setanta Sports"la Ailə TV-də izləmək mümkündür

İngiltərə Premyer liqası, İspaniya La liqası, Almaniya Bundesliqası, Fransa futbol liqası, Formula 1 üzrə dünya qranpriləri, NBA basketbol liqası və digər məşhur idman yarışlarını indi Ailə TV şəbəkəsində izləmək olar.

"Birxeber.Az" xəbər verir ki, Ailə TV Rəqəmsal yayım və İPTV yayım növündə yeni "Setanta Sports 1" və "Setanta Sports 2" idman TV kanallarının nümayişi başlayıb.

Ailə TV Rəqəmsal Kabel Televiziyası və İPTV yayım növündə mövcud olan "Sport+" paketinə daxil olan Setanta Sports 1və Setanta Sports 2 idman kanallarından savayı müxtəlif idman azarkeşlərin zövqünə uyğun daha 13 idman kanalı abunəçilərə təklif olunur.

Ümumilikdə, Ailə TV baza yayım paketlərinə 200-dən çox seçmə televiziya kanalı daxildir. Əsas paketə aylıq abunə 10 azn, 15 seçmə idman kanalından ibarət "Sport+" paketinə abunə isə əlavə 5 azn təşkil edir.

Abunəçilərin tələblərini və dünya trendlərini nəzərə alaraq Ailə TV yayım şəbəkəsində mütəmadi olaraq yeniliklər baş verir və ən baxımlı televiziya kanalları müxtəlif paketlərə əlavə olunur.

Daha ətraflı məlumat üçün (012) 920 zəng mərkəzinə müraciət etməklə məlumat almaq mümkündür.