Direktor: İşəgötürənlərin peşə təhsilində iştirakı zəifdir, onlar bu işdə lobbiçilik etməlidir

Direktor: İşəgötürənlərin peşə təhsilində iştirakı zəifdir, onlar bu işdə lobbiçilik etməlidir

İşəgötürənlərin peşə təhsilində iştirakı zəifdir, onlar bu işdə lobbiçilik etməli və dəyişiklikləri tələb etməlidirlər.

Bu fikirləri “Birxeber.Az”a müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

Agentlik direktoru bildirib ki, bu gün peşə təhsili sahəsində əldə edilən uğurlarla yanaşı günün sonunda cəmiyyətin və işəgötürənlərin ölçdüyü bir amil var: “Bu da işə düzəlmədir və ya iş yeri yaratmadır. Yəni tələbələrimiz nə qədər yeni iş yerləri, şəxsi biznes və s. yaradır. Bu baxımdan sənaye ilə çox yaxından işləməliyik. Hesab edirəm ki, qanunvericilikdə işəgötürənlərin peşə təhsilinə yaxından işləməsinə, investisiya qoyulmasına, bizimlə birlikdə şərik olmasına həvəsləndirici alətləri dövlət verməlidir. Vergi Məcəlləsinə dəyişiklik edilməsi üçün təkliflər üzərində işləyirik. Həm həmin məcəllə, həm də digər qanunvericilik aktlarına dəyişikliklər olmalıdır”.

“Ən böyük çətinliklərimizdən biri işəgötürənlərin peşə təhsili ilə bağlı iştirakı məsələsidir, çünki onların bu işdə iştirakı nisbətən zəifdir. Bunun da bir neçə səbəbi var. Bizimlə yanaşı işəgötürənlər də lobbiçilik etməli, dəyişiklikləri tələb etməli və bir növ sosial sifarişin olduğunu göstərməlidirlər. Məsələn, bir çox sektorlarda sənaye assosiasiyalarının çox zəif olması, dövlətə peşə təhsili ilə bağlı məşğul olan qurumlara, Elm və Təhsil Nazirliyinə problemlərin bir növ sosial sifariş formasında gəlmədiyini göstərir”, - C.Kərəmov əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.