4SİM mərkəzinin rəhbəri: "Coursera" kurslarından 5 000 azərbaycanlı ödənişsiz yararlana biləcək"

4SİM mərkəzinin rəhbəri: "Coursera" kurslarından 5 000 azərbaycanlı ödənişsiz yararlana biləcək"

Bu lin sentyabr ayının 15-nə qədər əlavə olaraq 5 000 azərbaycanlı "Coursera" kurslarından yararlana biləcək.

“Birxeber.Az” xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "İT Hub Azərbaycan" layihəsinin bağlanış mərasimində bildirib.

"130 milyona yaxın istifadəçisi olan beynəlxalq sahəvi tədris platforması olan "Coursera" ilə əməkdaşlıq çərçivəsində 5 000 azərbaycanlı 800-dən çox kursdan ödənişsiz olaraq yararlanacaq. Bu platformada Kembric, Snanford kimi dünyanın ən məşhur universitetlərinin, eyni zamanda "Google", "Meta", "Microsoft", "Amazon" kimi iri şirkətlərin proqramları onlayn şəkildə vətəndaşlara təqdim olunur", - deyə o qeyd edib.