Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücü 30% -dən çox artıb

Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücü 30% -dən çox artıb

Son beş ildə (2019-2023-cü illər) Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücü 31% artaraq, 1 700 MVt-a yaxınlaşıb.

Bu barədə “Birxeber.Az-Economics” Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, əgər 2019-cu ildə Azərbaycanda olunan enerji mənbələrinin ümumi istehsal gücü 1 289 MVt təşkil edirdisə, 2023-cü ildə bu göstərici 1 688 MVt-a yüksəlib.

Sənədə əsasən, 2020, 2021 və 2022-ci illərdə qeyd olunan göstərici müvafiq olaraq 1 296 MVt, 1 316 MVt və 1 325 MVt səviyyəsində olub.

Bildirilir ki, ölkədə bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücünün əsas hissəsini təşkil edən su elektrik stansiyalarının imkanları son beş ildə 13,7% artaraq, 1 145 MV-dan 1 302 MVt-a yüksəlib.

Qeyd olunur ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücünün qalan hissəsi külək, günəş, bioenerji və digər mənbələrin payına düşüb.