Azərbaycanın Moskvadakı turizm nümayəndəliyinin fəaliyyətə başlamasının vaxtı açıqlanıb - EKSKLÜZİV

Azərbaycanın Moskvadakı turizm nümayəndəliyinin fəaliyyətə başlamasının vaxtı açıqlanıb - EKSKLÜZİV

Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) Rusiyadakı nümayəndəliyinin fəaliyyəti iki aya bərpa ediləcək.

Bu barədə Dövlət Agentliyi “Report”un sorğusuna cavab olaraq bildirib.

DTA Rusiyadakı nümayəndəliyinin işini bərpa etmə səbəbini bu ölkədən Azərbaycana turist axınının artması ilə əlaqələndirir:

“Rusiya Azərbaycanın ənənəvi hədəf bazarlarından biridir və ölkəmizə ən çox ziyarətçi də şimal qonşumuzdan gəlir. Dövlət Turizm Agentliyinin Rusiya bazarında fəaliyyətini intensivləşdirilməsi ölkəmizə daha çox turistin gəlməsini təmin edəcək”.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 milyon 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 30 %-i Rusiya vətəndaşları olub. Son 1 ildə Rusiyadan gələnlərin sayı 39,9 % artıb.

Xatırladaq ki, Moskvada Azərbaycanın turizm nümayəndəliyi 2016-cı ildə açılıb.