m10 yeni lotereyaya start verib - FOTO

m10 yeni lotereyaya start verib - FOTO

m10, iştirakçılara dəyərli hədiyyələr qazanmaq üçün unikal fürsət verən “QR ilə ödə, qazan” adlı ən böyük şans lotereyasının başlandığını elan etməkdən qürur duyur.

Birxeber.Az-Economics” xəbər verir ki, lotereya 19 mart - 19 may 2024-cü il tarixləri arasında keçirilərək iki aylıq həyəcan və heyrətamiz mükafatlar qazanmaq şansı verəcək.

Bir şanslı qalib dəbli və müasir Volkswagen ID.4-ün sahibi olacaq.

Digər mükafatlar aşağıdakılardır:

10 ədəd Apple iPhone 15 smartfonu;

10 ədəd Apple Watch SE 2 44 mm ağıllı saat;

10 cüt naqilsiz Airpods 3 qulaqcığı;

10 ədəd Samsung S22 (128 Gb) smartfonu;

Habelə 10 nəfər m10 balansına 500 AZN, 100 nəfər isə 100 AZN qazanmaq şansı əldə edəcək.

Lotereyada iştirak etmək və unikal hədiyyələrdən birini qazanmaq üçün m10 platformasında QR kodu ilə ödəniş etmək və şansları aktivləşdirmək (FİN kodu daxil etməklə) kifayətdir. Ətraflı məlumat lotereyanın qaydalarının əks olunduğu m10.az/lottery səhifəsindədir.

Qaliblərin adları 6 iyun 2024-cü il tarixində m10-un Instagram, Facebook YouTube-da rəsmi səhifələrində canlı olaraq elan ediləcək.

m10 hər kəsi bu maraqlı lotereyada iştirak etməyə, bəxtini sınamağa və həyatını unikal hədiyyələrlə zənginləşdirmək şansı əldə etməyə dəvət edir.

m10 elektron pulqabı “PashaPay” məhsuludur. Tətbiq istifadəçiləri alış-veriş zamanı QR ilə ödəniş edə, kommunal, mobil operator, DYP cərimə, kabel televiziyası, parklama, internet və sairə ödənişləri edə bilərlər.