Türkiyə Prezidentinin baş müşaviri: Növbədənkənar prezident seçkiləri olmayacaq

Türkiyə Prezidentinin baş müşaviri: Növbədənkənar prezident seçkiləri olmayacaq

Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum bildirib.

O, erkən seçkilərlə bağlı çağırışları əsassız sayıb: “Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək. O, Türkiyənin yeni mərhələlərə başlamasına liderlik edəcək. Kimsənin şübhəsi olmasın”.

Qeyd edək ki, R.T.Ərdoğan 2023-cü ildə keçirilən prezident seçkilərində qalib gəlib. Ölkədə növbəti seçkilərin 2028-ci ildə keçirilməsi nəzərdə tutulur.