HƏMAS Qəzza üzrə danışıqların yeni raundu ilə bağlı məlumatları təkzib edir

HƏMAS Qəzza üzrə danışıqların yeni raundu ilə bağlı məlumatları təkzib edir

Fələstinin radikal HƏMAS hərəkatı Qəzzada atəşkəsin əldə edilməsi üçün Qahirədə yeni danışıqların keçiriləcəyi ilə bağlı məlumatı təkzib edib.

"Report" xəbər verir ki, bunu hərəkatın Siyasi Bürosunun üzvü Usamə Həmdan müvafiq bəyanatla çıxış edib.

Həmdan əlavə edib ki, İsrail tərəfi danışıqlara mane olur və HƏMAS-ın irəli sürdüyü şərtlərin yerinə yetiriləcəyinə dair heç bir təminat verməyib:

"Hazırda danışıqların yeni raundundan söhbət getmir".