Levan Mamaladze: Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir
Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri: Bələdiyyə seçkilərində neqativ hal qeydə alınmayıb
Bu saata qədər Türkiyədə keçirilən bələdiyyə seçkilərində neqativ hal qeydə alınmayıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.
“Biz bütün seçicilərimizdən seçkiyə getmələrini və demokratik vəzifələrini yerinə yetirmələrini gözləyirik. Hələlik heç bir neqativ halla bağlı məlumat daxil olmayıb. Səsvermə prosesi maneəsiz davam edir. Ümid edirəm ki, bu demokratiya bayramı ölkəmiz üçün xeyirli olacaq”, - deyə Ahmet Yener qeyd edib.