Hindistan günəş panellərinin idxalına məhdudiyyəti bərpa edib

Hindistan günəş panellərinin idxalına məhdudiyyəti bərpa edib

Hindistan günəş panellərinin idxalına məhdudiyyəti bərpa etməklə yerli istehsalı gücləndirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bildirilib ki, birillik yumşalmadan sonra Hindistan günəş modullarının idxalına qoyulan məhdudiyyəti aprelin 1-dən bərpa edəcək ki, bu xarici malların ucuzluğundan şikayətlənən yerli istehsalçıların işini asanlaşdıracaq.

Məhdudiyyətlər Baş nazir Narendra Modinin günəş panellərinin yerli istehsalını təşviq etməklə enerji müstəqilliyinə nail olmaq səylərinin bir hissəsidir.

Modul tədarükçülərinin icbari dövlət icazəsi ilə yanaşı, ölkədə günəş enerjisi avadanlıqlarına idxal vergiləri tətbiq edilib.